Maaş və pensiyalar bu tarixdən artacaq
"Minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi açıqlamalar verilib. Belə ki, noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq.
meqale.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hazırlanmış təkliflər hökumətə və dövlət qurumlarına təqdim olunduqdan sonra minimum əmək haqqının artırılması ilə bağlı müzakirələrin aparılacağı və artım qərarının veriləcəyi gözlənilir:
"Praktik olaraq 2024-cü ildəki orta əmək haqqındakı artım faizinə uyğun olaraq pensiya məbləğlərinin artırılmasına imkan yaranacaq. 2025-ci ilin yanvarında da əmək pensiyaları indeksləşdirilərək artırılacaq və artım faizi 2024-cü ildəki orta aylıq əməkdakı artım faizinə uyğun olaraq həyata keçiriləcək.