Makron: Kiyev kömək istəsəydi, ordu göndərərdim!
Rusiya ordusu cəbhə xəttini keçsəydi və Kiyev bizdən kömək istəsəydi, Ukraynaya quru qoşunları göndərmək barədə düşünərdik.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Ekonomist"ə müsahibəsində deyib.
"Mənim aydın strateji məqsədim var: Rusiya Ukraynada qalib gələ bilməz. Rusiya Ukraynada qalib gəlsə, Avropada təhlükəsizlik olmayacaq. Kim deyə bilər ki, Rusiya orada dayanacaq?" - o bildirib.
Makron qeyd edib ki, digər Qərb ölkələri bu variantdan "apriori" imtina etməməlidir, çünki 2022-ci ilin yayında tanklar, uzaqmənzilli raketlər və təyyarələr göndərilməsini istisna edirdilər, lakin indi bütün bunlar Ukraynaya verilir.