"Mançester Siti" Qvardiolanın yerinə məşqçi tapdı - onu GƏTİRƏCƏK
"Mançester Siti" Çempionlar Liqasının 1/16 finalında "Real" tərəfindən kənarlaşdırıldıqdan və Premyer Liqada uğursuz nəticələr əldə etdikdən sonra klubun rəhbərliyi baş məşqçi Xose Qvardiolaya əvəzləyici tapmaq barədə ciddi fikirləşib.
meqale.com xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Nəşr qeyd edib ki, klubda müqaviləsi 2027-ci ilin yayında başa çatacaq Xosenin yerinə "Bayer"in baş məşqçisi Xabi Alonso ən uyğun variant hesab olunur. Şəhər rəhbərliyi Alonsonun oyun tərzini bəyənir. Bildirilir ki, "Siti"dən başqa həmçinin "Real" da Alonsonun baş məşqçiliyə namizədliyini düşünür.