“Mançester Siti” rəqibini darmadağın etdi
"Mançester Siti" İngiltərə kubokunun üçüncü mərhələsində "Salford Siti"ni darmadağın edərək, qələbə qazanıb.
meqale.com xəbər verir ki, Mançesterdəki "Etihad" stadionunda keçirilən görüş 8:0 hesabı ilə başa çatıb.
Qarşılaşmada qol vuranlar iki dəfə fərqlənən Ceremi Doku, Divin Mubama, Niko O'Rayli, penaltini dəqiq yerinə yetirən Cek Qriliş və üç qola imza atan Ceyms Makeyti olub.