"Mançester Yunayted"dən "Napoli"nin təklifinə rədd cavabı - SƏBƏB
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Napoli"nin Alexandro Qarnaço üçün təklifini rədd edib.
meqale.com xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" argentinalı yarımmüdafiəçi üçün 40 milyon avroluq təklifi geri çevirib. Neapol klubu diqqətini "Bolonya"da çıxış edən Dan Ndoyeyə yönəldib.