Maradonanın ölüm vaxtı çəkilən FOTOsu yayımlandı - VİDEO
Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.
meqale.com xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən məhkəmə prosesinin ilk iclasında şok görüntülər yayımlanıb.
Keçmiş futbolçunun vəkili məhkəmədə ölüm faktı ilə bağlı detalları açıqlayıb. O, Maradonanın ölümündən dərhal sonra çəkildiyi fotonu nümayiş etdirib: "Baxın, cənab Dieqo belə öldü. İttiham olunanlar arasında "Maradonaya nə olduğunu bilmirik" deyənlərin hamısı yalan danışır. Vəziyyət tam aydın görünür".
Vəkil fotonu göstərən zaman Maradonaın qızları Dalma və Gianna göz yaşlarına boğulub. Məhkəmə binasının ətrfına toplaşan fanatlar isə cinayətkarlara ən ağır cəza verilməsini tələb ediblər.