Marsda qədim həyatın izləri aşkar edildi - VİDEO
NASA alimləri ABŞ-nin Mars aparatı "Perseverance" tərəfindən kəşf edilən nümunələrdə qədim həyat formalarının izlərini tapdıqlarına inanırlar.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə məlumat aerokosmik agentliyin saytında yer alıb.
Məlumata görə, ötən il Neretva vadisindəki qayalarda "xaşxaş toxumu" və ya "bəbir ləkələri" ləqəbli unikal teksturalı ləkələr aşkar edilib. Şəkilləri və məlumatları öyrəndikdən sonra elm adamları ləkələrin mikrobların əlavə məhsulları ola biləcəyi qənaətinə gəliblər.