Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi
Ötən həftə Milli Məclisdə nəqliyyat vasitələri ilə bağlı nəzərdə tutulan bir sıra cərimələrin məbləği artırıldı. Artımlar əsasən, dayanma-durma, parklanma, işıqforda hərəkət və səkilərlə bağlı cərimələrlə bağlı oldu.
                        Cərimələrin artırılması sosial şəbəkələrdə müzakirəsiz ötüşmədi. Əksər sürücülər mövcud artıma kəskin etiraz edərək, cərimələrin onsuz da çox olduğunu və bu artımın vəziyyəti daha da ağırlaşdıracağını bildirdi. Xüsusən avtomobillərin intensiv şəkildə hərəkət etdiyi paytaxt yollarında qayda pozuntusundan yayınmaq demək olar ki, mümkün deyil. Bəziləri cərimələrdəki artımın avtomobil bazarında da təsirsiz ötüşməyəcəyini deyir. Yüksək məbləğli cərimələrin fonunda, bəzi vətəndaşların avtomobil almaq fikrindən daşınacağı iddia edilir.
Görəsən, bu ehtimal nə dərəcədə doğrudur?
meqale.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, sürücülər arasında nəqliyyat qaydalarının pozulması elə də geniş hal yayılmayıb:
"Nəqliyyat vasitələri ilə bağlı cərimələrin artırılması əslində əksər sürücülərə aid deyil. Qaydaların pozulması, sənədsiz avtomobil idarəetmə, dayanma-durma qaydaları kimi pozuntular elə də kütləvi hal təşkil etmir. Ona görə bu barədə narahatlığa səbəb görmürəm. Cərimələrin məbləğinin artırılması nəqliyyat vasitələrinin qiymətinə və alıcı kütləsinə elə də güclü təsir etməyəcək. Bu baxımdan alıcılar cərimələr səbəbindən nəqliyyat vasitəsi almaqdan yayınmayacaq".
Ekspertin fikrincə, avtomobil bazarındakı köklü dəyişiklik kütləvi utilizasiya zamanı olacaq: