Mask “Azadlıq radiosu” və “Amerikanın səsi”nin bağlanmasını tələb etdi - FOTO
Amerikalı milyarder İlon Mask ABŞ-nin "Azadlıq radiosu" və "Amerikanın səsi" radiostansiyalarını bağlamalı olduğunu deyib.
meqale.com xəbər verir ki, bu barədə "X" hesabında paylaşım edən Mask bu media orqanlarına heç kimin qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.
"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır", - deyə o bildirib.