Maskın peykləri ozon qatını zədələyəcək – Xəbərdarlıq

"Starlink" və onun kimi peyklər Yerin qoruyucu ozon təbəqəsini zədələyə bilər.

Maskın peykləri ozon qatını zədələyəcək – Xəbərdarlıq
"Starlink" və onun kimi peyklər Yerin qoruyucu ozon təbəqəsini zədələyə bilər.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Cənubi Kaliforniya Unibersitetinin araşdırmasında qeyd olunub.

"Missiyasının sonunda peyklər orbitdən çıxaraq atmosferin yuxarı qatında yanır. Kiçik bir peyk yandıqda təxminən 30 kq alüminium oksidi əmələ gəlir. Təkcə 2022-ci ildə peyk yanmaları təxminən 17 ton kiçik alüminium oksidi hissəcikləri yaradıb", - araşdırmada bildirilib.

Məlumata görə, "Speys X" artıq 6000-dən çox peyk buraxıb və onların sayı artmaqda davam edir.