Maştağada 51 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Maştağada 51 yaşlı qadını avtomobil vurub
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, rayonun Maştağa qəsəbəsində avtomobil yolu keçən 1973-cü il təvəllüdlü Şirinova Kəmalə Şəfəq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.