Maştağada gəlini amansızca qətlə yetirən qayınata: "Nəvələrimi söyürdü" - VİDEO
Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb. meqale.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Ağanəbi Əliyev çəkiliş aparılmasına etiraz etsə də, prosesin ümumi görüntülərinin lentə alınmasına hakim bir neçə dəqiqə ərzində icazə verib. Ağanəbi Əliyev ittiham üzrə özünü təqsirli bilib. Verilən suallara cavab olaraq bildirib ki, oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayıb. Onun sözlərinə görə, Dürdanə Əliyeva tez-tez uşaqları döyüb, nalayiq ifadələrlə ailə üzvlərini təhqir edib.