Mbappe Ronaldonun “Real”dakı uğurunu təkrarladı

"Real"ın hücumçusu Kilian Mbappe Madrid klubunda ilk het-trikinə imza atıb.

Mbappe Ronaldonun “Real”dakı uğurunu təkrarladı
"Real"ın hücumçusu Kilian Mbappe Madrid klubunda ilk het-trikinə imza atıb.

meqale.com-ın məlumatına görə, o, bunu İspaniya çempionatının 21-ci turunun "Valyadolid"lə oyununda (3:0) bacarıb.

Bildirilir ki, Mbappe ilk het-trikə imza atmaqla "Real" tarixində dördüncü olub. Buna nail olmaq üçün fransız hücumçuya 19 oyun lazım olub. Braziliyalı Ronaldoya İspaniya çempionatında "Real" üçün ilk het-trikini vurmaq üçün eyni sayda oyun lazım idi.