Mbappenin transfer qiyməti yüksəldi
Nüfuzlu "Transfermarkt" portalı 2024-cü ilin dekabrından bəri ilk dəfə İspaniya La Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.
meqale.com oxuya istinadən xəbər verir ki, yenilənmə "Real Madrid" və Fransa millisinin ulduz hücumçusu Kilian Mbappenin transfer qiymətinə də təsir edib.
Beləliklə, fransız forvardın dəyəri 160 milyon avrodan 170 milyon avroya yüksəlib. Xalis artım 10 milyon avro və ya 6,3% təşkil edib.