Media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti uzadıla bilər

Azərbaycanda media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) məhz media ilə bağlı fəaliyyətdən əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə media subyektlərinə verilən maddi yardımlar üzrə gəlir (mənfəət) və sadələşdirilmiş vergilər üzrə tətbiq olunan güzəştin müddətinin uzadılması nəzərdə tutulur.

meqale.com xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Xatırladaq ki, sözügedən güzəşt 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq edilib və bu ilin sonunda başa çatır.