Məktəbin direktoru şagirdin döyülməsindən DANIŞDI - VİDEO
Bakıda mühafizəçinin məktəblini döyməsi ilə bağlı bəzi detallar məlum olub.
meqale.com xəbər verir ki, Bakı şəhəri 189 nömrəli tam orta məktəbin direktoru Fəyaz Hüseynov bildirib ki, texniki işçi işdən azad olunub:
"İki ildir bizim məktəbdə çalışırdı. İyun ayının 7-də, birinci növbənin dərsləri bitdikdən sonra şagirdlər evə gediblər. Bir şagirdimiz də pəncərədən düşmək qərarına gəlib. Məktəbin işçisi də bunu görərək ona iradını bildirib".
Ətraflı "Xəzər Xəbər"in süjetində:
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun