Məktəblərdə “Talış dili”, “Saxur dili” və “Xınalıq dili” tədris olunacaq

2023-2024-cü tədris ili üçün I sinif "Haput dili", I - IV siniflər üçün "Talış dili", "Saxur dili" və "Xınalıq dili" dərslikləri çap edilərək, azsaylı xalqların kompakt yaşadıqları ərazilərdəki ümumi təhsil müəssisələrinə çatdırılıb.

meqale.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, digər azsaylı xalqların dillərinə dair dərsliklər üzərində işlər davam etdirilir.

"Belə ki, II siniflər üçün "Haput dili", I-II siniflər üçün "Tat dili" dərslikləri hazırlanma mərhələsindədir. Digər azsaylı xalqların dilləri üzrə layihələr işlənilir",- deyə qurumdan vurğulanıb.