Melaniya Tramp da öz kriptovalyutasını buraxdı
ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya da öz memkoinini buraxıb.
meqale.com oxuya istinadən xəbər verir ki, kriptovalyuta "$TRUMP" memkoini ilə analoji olaraq "$MELANIA" adlandırılıb.
Kriptovalyutanın buraxılması barədə Melaniya Tramp "Truth Social"da məlumat verib.
"CoinMarketCap" platformasının məlumatına görə, Melaniyanın bir memkoinini hazırda 0.03 dollara almaq olar.
Xatırladaq ki, yanvarın 17-də Tramp öz kriptovalyutasının buraxılmasını elan edib. Bir gün ərzində memkoinlərin ticarət həcmi 11 milyard dolları ötüb, kriptovalyutanın kapitallaşması artıq 10.5 milyard dolları keçib. Bir "$TRUMP" memkoini hazırda 50 dollar ətrafında ticarət olunur.
Daha əvvəl "Bloomberg" agentliyi xəbər vermişdi ki, Tramp kriptovalyutanın inkişafını ABŞ-nin milli prioriteti elan edəcək fərman imzalamağı planlaşdırır.
Siyasətçinin andiçmə mərasimi bu gün, yanvarın 20-də keçiriləcək.