"Mənim adımla votsapdan dostlarıma mesajlar göndərib"
İnfluenser Aynişan Quliyevanın da adından dələduzluq olunub.
meqale.com bildirir ki, bu barədə o, özü sosial hesabında məlumat yayıb:
"Son günlər mənim adımla WhatsApp-dan dostlarıma mesajlar göndərilib, guya nömrəmi dəyişmişəm. Xəbəriniz olsun ki, nömrəmi dəyişməmişəm və heç kimə belə mesaj yazmamışam. Xahiş edirəm, bu tip mesajlara inanmayın və ehtiyatlı olun.