Mərdəkanda yolu keçən 33 yaşlı kişini avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mərdəkanda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com report.az-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mirzəyev Şimral Elşad oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.