Mərkəzi Bank: Bu bank kredit riskləri ilə bağlı normativləri pozub
Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Qeyd edilib ki, "Rabitəbank" AMB-nin bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı normativini pozub.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən "Rabitə Bank" ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.