Mərvə Özbəyin həyat yoldaşı saxlanıldı

Türkiyəli müğənni Mərvə Özbəyin həyat yoldaşı, iş adamı Kənan Koçak saxlanılıb.

Mərvə Özbəyin həyat yoldaşı saxlanıldı
Türkiyəli müğənni Mərvə Özbəyin həyat yoldaşı, iş adamı Kənan Koçak saxlanılıb.

meqale.com xəbər verir ki, o, İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Dəstələrinin dünən Ədirnədə keçirdiyi əməliyyat zamanı saxlanılıb. İstintaq çərçivəsində saxlanılanlar arasında Ədirnə KOM şöbə müdiri Mehmet Deniz Karakurt da olub.

Onlar İstanbulda davam edən istintaqdakı şübhəlilərdən birini Ədirnədən xarici ölkəyə qanunsuz keçidinə şərait yaratmaqda ittiham olunurlar.