Keçmiş əri Colinin qanı olan şüşə qabı buna görə özü ilə gəzdirdirir
Aktyor Billi Bob Tornton keçmiş həyat yoldaşı Ancelina Colinin qanını daşıdığı şüşə qab barədə uzun illərdir davam edən suallara aydınlıq gətirib. Aktyor boşanmalarından 20 ildən artıq vaxt keçsə də, həmin detalın niyə gündəmdə qaldığını "Rolling Stone" nəşrinə açıqlamasında izah edib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, Tornton həmin addımı sırf romantik niyyətlə atdığını bildirib. Onun sözlərinə görə, mətbuat bu jesti qalmaqal kimi təqdim etməklə vəziyyəti olduqca şişirdib.
"Bu, sadəcə romantik bir fikir idi. Amma ayrıldıqdan sonra bizi sanki yer altında yaşayan, bir-birinin qanını içən vampirlər kimi göstərirdilər", - deyə aktyor zarafatla bildirib.
70 yaşlı sənətçi həmçinin Ancelina Coli ilə münasibətlərinin bu gün də yaxşı olduğunu və birlikdə keçirdikləri illəri həyatının ən gözəl dövrlərindən biri adlandırdığını qeyd edib.
"Biz hələ də çox yaxın dostuq. Evliliyimiz çox sivil şəkildə başa çatdı. Sadəcə fərqli həyat tərzlərinə sahib idik", - deyə Tornton əlavə edib.
Xatırladaq ki, Tornton və Coli 1999-cu ildə film çəkilişləri zamanı tanış olub, 2000-ci ildə ailə qurublar. Cütlük 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini açıqlayıb və cəmi üç ay sonra münasibətlərinə son veriblər.