Meşə yanır, oğrular Harrisin evini soyur: tutulanlar var - VİDEO
Los-Ancelesdə meşə yanğınları səbəbindən tətbiq edilən komendant saatını pozan iki nəfər həbs edilib.
meqale.com xəbər verir ki, bu barədə ABC7 məlumat yayıb.
Məlumata görə, bu həbslər, ABŞ-ın vitse-prezidenti Kamala Harrisin evində mümkün oğurluq hadisələri ilə bağlıdır.
Qeyd edək ki, əvvəlcə yayılan məlumatda bildirilirdi ki, Harrisin yanğınlarla əlaqədar evakuasiya zonasında olan Brentvud bölgəsindəki evində oğurluq faktı aşkar edilməyib.