Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi - FOTO

Hollivud aktrisası Naomi Uottsun oğlu qısa jaket və ətəklə ictimaiyyət qarşısına çıxıb.

Məşhur aktrisanın oğlu tədbirə ətəkdə gəldi - FOTO
Hollivud aktrisası Naomi Uottsun oğlu qısa jaket və ətəklə ictimaiyyət qarşısına çıxıb.

16 yaşlı Kay anasının baş rolda oynadığı "Dost" filminin premyerasında ona dəstək olmaq üçün gəlib. Aktrisa qırmızı xalçadan kadrları sosial şəbəkələrdə paylaşıb.

meqale.com xəbər verir ki, məşhurun oğlu model agentliyində çalışır. O, yaxınlarda "Valentino" dəb evinin nümayişində iştirak edib.

Yeniyetmə həmçinin baletlə də məşğul olur. Uotts qeyd edib ki, Kay onu yaradıcı potensialı ilə heyran edir və bu potensialın inkişafına kömək edir.

Ulduzun sözlərinə görə, onun uşağının qeyri-standart düşüncə tərzi və məqsədlərinə çatmaq üsulu xoşuna gəlir.