Dərman müzakirələri ölkə gündəmini zəbt edib - VİDEO
Şəxsi məqsədlər üçün gətirilən dərman vasitələri dünən milli məclisdə ən çox müzakirə edilən məsələ idi.
meqale.com xezerxeber.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirinin müavini Rasim İsmayılov dərman vasitələrinin keyfiyyətinin aşağı olmasının birbaşa səbəbinin şəxsi məqsədlər üçün gətirilən dərman vasitələrində gördüyünü bildirib.
Nazir müavini deyib ki, şəxsi məqsədlər üçün gətirilən dərman vasitəsi sonradan başqalarına satılır.
Digər səbəb kimi o bildirib ki, qida əlavələri reseptə dərman vasitəsi kimi yazılır. Bunu isə bəzi insanlar dərman kimi başa düşürlər və apteklərdə satılan dərmanların keyfiyyətsiz olduğunu düşünürlər. Lakin qida əlavəsi dərman vasitəsi deyil və onun bəzən ümumiyyətlə xəstəliyə heç bir təsiri olmur.
Millət vəkili Hikmət Babaoğlu isə nazir müavinin qida əlavəsi ilə bağlı söylədiyi fikirlərə münasibət bildirərək bu faktlarla bağlı nazirliyin statistik məlumatlar təqdim etməsini istəyib.
Komitə sədri Əhliman Əmiraslanov da qeyd edib ki, vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır.