Məşhur futbolçu oyun vaxtı huşunu itirdi

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Rodriqo Bentankur ciddi xəsarət alıb.

Məşhur futbolçu oyun vaxtı  huşunu itirdi
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Rodriqo Bentankur ciddi xəsarət alıb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə Premyer Liqanın I turunda "Lester"lə səfər matçında baş verib.

71-ci dəqiqədə rəqib oyunçu Abdul Fatavu ilə toqquşan yarımmüdafiəçi huşunu itirib. London təmsilçisinin üzvü tibbi yardım aldıqdan sonra özünə gəlsə də, meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.