Premyer Liqa: "Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Sabah"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

Premyer Liqa:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

meqale.com xəbər verir ki, ilk olaraq "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.

"Neftçi Arena"dakı qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Digər matçda "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu görüş saat 19:00-da başlanacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XIII tur

16:30. "Neftçi" - "Sumqayıt" Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Zümrüd Ağayeva "Neftçi Arena"

19:00. "Turan Tovuz" - "Sabah" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elgiz Abbasov Tovuz şəhər stadionu