Məşhur futbolçunun evi qarət edilib, arvadı yaralandı

Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.

Məşhur futbolçunun evi qarət edilib, arvadı yaralandı
Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə saat iki radələrində baş verib.

Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki uşağı evdə olub. Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.