"Real"ın iki seçimi var: Ya Mbappe, ya da o...
"Real Madrid" klubu Kilian Mbappeni transfer edə bilməsə, "Bayern" klubunun hücumçusu üçün hərəkətə keçəcək.
meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, "Kral klubu" Camal Musialanın transferinə çalışacaq. Bu barədə "ESPN" nəşri məlumat yayıb.
Qeyd edək ki, Mbappenin PSJ ilə sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Madrid təmsilçisi ötən günlərdə bəyanat yayaraq, fransız forvardla klub arasında razılıq əldə olunması ilə bağlı iddiaları təkzib edib.