Məşhur kino ulduzunun bu addımı marağa səbəb oldu
"The Divide" filminin yaradıcıları tanınmış aktyor Kristofer Uokenə serialın epizodlarını DVD-də göndərirlər. Çünki aktyor videoları onlayn izləyə bilmir.
meqale.com xəbər verir ki, kino ulduzu bu barədə "SiriusXM"in aparıcısı Endi Koenlə müsahibəsində danışıb.
Aktyorlar şouya "Apple TV+"da serialın ikinci mövsümünün təqdimatından əvvəl çıxıblar.
Jurnalist 81 yaşlı sənətçinin ilk sezonu görüb-görmədiyini soruşub. Serialda optika və dizayn departamentinin rəhbəri Bert Qudman rolunu oynayan aktyor "yox" cavabını verib.