Məşhur reperin üzüyü rekord qiymətə satıldı - FOTO
Dünya şöhrətli mərhum reper Tupak Şakurun tac üzüyü Nyu-Yorkdakı hərrac evində rekord qiymətə satılıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, reperin öz dizaynı olan yaqut və brilyantlarla bəzədilmiş üzük 1,02 milyon dollar qarşılığında yeni sahibinə verilib.
Bu, ifaçının indiyədək ən qiymətli zinət əşyası kimi qeydə alınıb. Onun başlanğıc qiyməti 300 min dollar olub.
Qeyd edək ki, Tupak sözügedən üzüyü 1996-cı il sentyabrın 4-də MTV Video Musiqi Mükafatlarında son ictimai çıxışı zamanı taxmışdı.