Məşhur şahmatçı cins şalvarını satdı - QİYMƏT

Norveç şahmatçısı Maqnus Karlsen qalmaqallı cins şalvarını hərracda satıb.

Məşhur şahmatçı cins şalvarını satdı - QİYMƏT
Norveç şahmatçısı Maqnus Karlsen qalmaqallı cins şalvarını hərracda satıb.

meqale.com xəbər verir ki, 16-cı dünya çempionu bu satışdan 36 100 dollar qazanc əldə edib.

Xatırladaq ki, Karlsen geyim qaydalarını pozduğuna görə dünya çempionatından diskvalifikasiya edilmişdi. O, yarışa cins şalvarla gəlib və onu dəyişməkdən imtina edib. Bundan sonra norveçli bir daha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) turnirlərində iştirak etməyəcəyini açıqlayıb. Qurumun rəhbəri Arkadi Dvorkoviç dünya blits çempionatının geyim qaydalarını yumşaltmaq qərarına gəlib və bundan sonra Maqnus Karlsen turnirdə iştirak etməyə razılaşıb. Karlsen birinci yeri rusiyalı Yan Nepomniyaşi ilə bölüşüb.