Məşhur serialın əşyaları satışa çıxarılır - FOTO
ABŞ-ın məşhur "Friends" serialında istifadə olunan geyim və əşyalar hərracda satılacaq.
                        meqale.com publika.az-a istinadən xəbər verir ki, bu addım serialın 30 illiyi münasibətilə atılır.
Müxtəlif nostalji əşyalar 23 sentyabrda Los-Ancelesdə satışa çıxarılacaq. Həmin əşyalar arasında ikonik narıncı "Central Perk" divanının bir surəti, ssenarilər, serialın ulduzları Courteney Cox və Jennifer Anistonun geyimləri, "Central Park" loqosu, Lisa Kudrounun süni xəz cins pencəyi, David Schvimmerin mebelləri və keçən il ölən aktyor Metyu Perrinin imzalı köynəklərindən biri var.
Hərrac serialın istehsal şirkəti olan "Warner Bros." ilə əməkdaşlıq çərçivəsində keçirilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun