Mətbəxi təmizlik üstündə iki nəfəri bıçaqladı - Yenilənib
09:02
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
meqale.com Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Bəhruz Nuriyev küçəsində yerləşən binalardan birində qeydə alınıb.
Məlumata görə, Rahib İsmayılov eyni evdə kirayədə yaşadığı Kamal Bayramov və Sahil Dövlətovla mübahisə edib. Bir müddət sonra mübahisənin bitməsinə baxmayaraq, R.İsmayılov həmin şəxslərə yatdıqları yerdə bıçaqla çoxsaylı xəsarətlər yetirib.
"Hadisə gecə saatlarında olub. Təxminən 4-ə qalmış mühafizəçi zəng edib dedi ki, bıçaqlanma hadisəsi baş verib. Eşitdiyimə görə, mübahisə qab yumaq üstündə düşüb. Polis əməkdaşlarından öyrəndim ki, həmin şəxs əvvəllər də bıçaqlanma hadisəsinə görə 7 il həbsdə olublar", - deyə binanın komendantı Nemət Babayev deyib.
Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Cinayəti törətməkdə şübhəli bilinən R.İsmayılov isə polis əməkdaşları tərəfindən saxlanılıb.
--------------- 2025.02.25 Bakıda bıçaqlanma hadisəsi olub.
meqale.com xəbər verir ki, hadisə Nizami rayonu Bəhruz Nuriyev küçəsində baş verib.
İsmayılov Rahib Seyran oğlu aralarında yaranan mübahisə zamanı birgə kirayədə qaldıqları evdə Bayramov Kamal Arif oğlu və Dövlətov Sahil Maşallah oğlunu bıçaqlayıb.
Faktla bağlı cinayət işi açılıb və R. İsmayılov şübhəli şəxs qismində saxlanılıb.