Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Fərid Butayevə hökm oxunub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, ötən il Bakı metrosunda terror aktı-partlayış törədiləcəyi barəsində səs yazısı yayılmışdı.
Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə Fərid Fərhad oğlu Butayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.