Metroda vaqonlar ayrıldı: Xəsarət alanlar var
Çinin paytaxtı Pekində qatar vaqonlarının ayrılması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə nəqliyyat komitəsi məlumat yayıb.
Bildirilib ki, xilasedicilər və həkimlər hadisə yerinə gəliblər. Bütün zərərçəkənlər ən yaxın xəstəxanaya təxliyə edilib.
Qəzanın səbəbləri aydınlaşdırılır.