Milli Məclisdə yoxlama aparıldı
Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.
meqale.com APA-ya istinadən bildirir ki, audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 milyon manat vəsaiti əhatə edib.
Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.