Millimiz hansı səbətdə olacaq?

Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Millimiz hansı səbətdə olacaq?
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasiminin vaxtı müəyyənləşib.

meqale.com xəbər verir ki, tədbir martın 11-də baş tutacaq.

Mundialda mübarizə aparacaq 32 komanda 4 səbətə bölünüb. Yarışın favoritlərindən sayılan ev sahibi Azərbaycan millisi 1-ci səbətdə yer alıb.

1-ci səbət: Rumıniya, Qazaxıstan, Serbiya, Macarıstan, Meksika, Çexiya, Slovakiya, Azərbaycan; 2-ci səbət: Bolqarıstan, Monteneqro, ABŞ, Fransa, Ukrayna, Gürcüstan, Mavritanıya, Qana; 3-cü səbət: İngiltərə, Portuqaliya, Bosniya və Herseqovina, Tailand, BƏƏ, Çad, İspaniya, Sloveniya; 4-cü səbət: Polşa, Hindistan, Türkiyə, Kosta Rika, İsrail, Bəhreyn, Özbəkistan, Argentina.

Qeyd edək ki, püşkatma mərasiminin yeri və başlama vaxtı hələ dəqiqləşməyib.