Millimiz Litvaya qarşı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Millimiz Litvaya qarşı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

meqale.com xəbər verir ki, Siyasət Əsgərovun komandası C Liqasının 4-cü qrupunda Litvanın qonağı olacaq.

Vilnüsdəki "Jalgiris" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl Bakıda Montenqro ilə heç-heçə (0:0) edən millimiz həmin rəqiblə aprelin 8-də səfərdə qarşılaşacaq.

Millimizin yer aldığı 3 komandalı 4-cü qrupda Montenqro 4 xalla (2 oyun) lider, Azərbaycan (1 oyun) 1 xalla 2-cidir. Litvanın (1 oyun) isə xalı yoxdur və 3-cü pillədə qərarlaşıb.