Miro Gəncədə PROBLEMLƏ ÜZLƏŞDİ: "Zal dolu insan və mən..." - FOTO
Xəbər verdiyimiz kimi, güclü küləyin yaratdığı fəsadlar nəticəsində Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın sevilən siması, Miro kimi tanınan Məhəmməd İsgəndərov da Gəncədə problemlə üzləşib.
Belə ki, o, işıqların sönməsi səbəbindən Gəncə Dövlət Filarmoniyasında çıxış edə bilmir.
"Instagram" hesabının hekayə bölməsində paylaşım edən sənətçi, konsert zalında çox sayda insanın qaranlıqda qaldığını qeyd edib.