Mirzoyan Almatı görüşünü konstruktiv adlandırdı
"Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar konstruktiv mühitdə keçib".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses dəfələrlə qeyd olunan prinsiplərə uyğun davam edir.