Mirzoyan Rusiyaya dəvət edildi - “Asan deyil”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda Ermənistanla ölkəsi arasında münasibətlərin asan olmadığını bildirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Lavrov bu barədə 2024-cü ilin yekunlarına dair mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Rusiyaya dəvət edilib:
"Dialoqumuz davam edir. Ararat Mirzoyan Rusiyaya dəvət edilib. O, dəvəti qəbul edib, gözləyirik. Ümid edirəm ki, səfər yaxın zamanlarda baş tutacaq".