Misirli futbolçu oyun zamanı vəfat etdi

Misir millisinin və yerli "Fyuçe" klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.

Misirli futbolçu oyun zamanı vəfat etdi
Misir millisinin və yerli "Fyuçe" klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Hadisə Misir çempionatının XI turunda "Əl-İttihad"a qarşı keçirilən matç zamanı baş verib. 

31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb. 

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.