Mobil operatorun rəhbəri "casus"luqda ittiham olunur
Rusiyada mobil operatorun sahibi Ukrayna Silahlı Qüvvələrini dəstəkləməkdə ittiham olunur.
meqale.com xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Rusiya Baş Prokurorluğu mobil rabitə operatoru "Ланта" MMC-nin dövlət mülkiyyətinə keçirilməsini tələb edib.
Səbəb kimi şirkətin sahibi Zaytsevin Ukrayna Silahlı Qüvvələrini dəstəkləməsi göstərilib.