Moldova Prezidenti Azərbaycan liderini təbrik edib
Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, təbrik məktubunda deyilir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan tərəfdaşlıq daha da möhkəmlənəcəkdir. Ehtiyac duyduğumuz vaxtlarda Azərbaycanın və şəxsən Sizin ölkəmizə göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Mən bunu ölkələrimizin dostluğunun əyani təsdiqi kimi dəyərləndirirəm. Əməkdaşlığımızın gələcəkdə daha da dərinləşəcəyinə inanıram. Sizə uğurlar və ölkənizə davamlı inkişaf, firavanlıq arzulayıram.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Maya Sandu
Moldova Respublikasının Prezidenti
meqale.com