Moskvada metrostansiya su altında qaldı - VİDEO
Moskvada "Baqrationovskaya" və "Kuntsevskaya" metro stansiyaları arasında yerləşən Filevskaya metro xəttində hərəkət müvəqqəti olaraq dayandırılıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamenti məlumat yayıb.
Qeyd olunub ki, daşqınlar səbəbindən Filevskaya metro xəttində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Son məlumata görə, "Baqrationovskaya" və "Kuntsevskaya" metro stansiyaları arasında hərəkət artıq bərpa edilib.