Moutinyo: “Heç-heçəyə də layiq deyildik”
"Qələbə demirəm, heç-heçəyə də layiq deyildik. Sözlə deyil, işimizlə özümü göstərməliyik".
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"a məğlubiyyətdən sonra "Braqa"nın yarımmüdafiəçisi Joao Moutinyo deyib.
Avropa Liqasının pley-offundakı ilk matçı 2:4 hesabı ilə uduzan komandanın futbolçusu cavab matçında işlərinin çətin olacağını bildirib: "Hesab 4:1 olarkən işimiz daha çətin idi. İkinci qol az da olsa, ümid yeri saxlaya bilər. Geridönüş etmək üçün bugünki oyundan daha çoxunu etməliyik. Bu "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq üçün çox fərqli çıxış etmək lazımdır".