MTK-dan təmirli ev alarkən nəyə fikir vermək lazımdır?

Əmlak ekspertləri bildirirlər ki, tikinti şirkətlərinin təmir etdikləri mənzillər əksər hallarda keyfiyyətsiz olurlar.

MTK-dan təmirli ev alarkən nəyə fikir vermək lazımdır?
Əmlak ekspertləri bildirirlər ki, tikinti şirkətlərinin təmir etdikləri mənzillər əksər hallarda keyfiyyətsiz olurlar.

meqale.com Baku TV-yə istinadən xəbər verir ki, əmlak eksperti Nüsrət İbrahimov bildirib ki, bır sıra şirkətlər təmirə qənaət məqsədilə bəzən keyfiyyətsiz materiallardan və peşəkar olmayan usta əməyindən istifadə edirlər:

"Bu da sonda təmirin keyfiyyətsizliyinə dəlalət edir".

Bəs vətəndaş mənzil-tikinti kooperativindən təmirli ev almaq qərarına gəlibsə, nəyə fikir verməlidir?

Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, təmirli binadan mənzil alarkən və həmin evə baxış keçirərkən peşəkar ustalara müraciət edilməlidir.