MTV 44 ildən sonra yayımını dayandıracaq
MTV-nin musiqi kanalları, o cümlədən MTV Music, MTV 80s, MTV 90s, Club MTV və MTV Live yayımını dayandıracaq.
meqale.com xəbər verir ki, bu barədə "Collider" məlumat yayıb.
"Gəncliyiniz gözünüzün qabağından keçib getdiyini hiss edirsinizsə, yəqin ki, haqlısınız. İlk buraxılışından 44 il sonra MTV, bildiyimiz kimi öldü. MTV-nin 24 saatlıq musiqi kanalları bütün dünyada bağlanacaq", - məlumatda deyilir.